Birinci Avropa Oyunlarında Azərbaycana 15-ci qızıl medal sevincini boksçumuz Teymur Məmmədov yaşadıb.
81 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu gərgin keçən final
qarşılaşmasında italiyalı Valentino Manfredonianı 3:0 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri arenada final oyununu izləyiblər.
Arayış: Azərbaycanın ən güclü boksçularından olan 22 yaşlı Teymur Məmmədov yaşının gənc olmasına baxmayaraq, mühüm uğurlar qazanıb. O, 2011-ci il Bakıda keçirilən dünya çempionatında ikinci yeri tutub. İdmançımız həmin il Avropa çempionu adını qazanıb. 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında bürünc medal qazanan Teymur 2013-cü ildə dünya çempionatında üçüncü, Avropa birinciliyində isə ikinci yeri tutub.
Avropa çempionu 25 yaşlı Valentino Manfredonia idman karyerasına 2004-cü ildə başlayıb.