Xəzər Xəbər

21 dəst medalın sahibi bəlli oldu

Bakı-2015 | 10:03 • 26 İyun 2015
21 dəst medalın sahibi bəlli oldu

Bu medallar 4 idman növünə şamil olunub.

Bunlar qılıncoynatma, üzgüçülük, boks və cüdodu. Ən çox medal 9 dəstlə üzgüçülükdə verilib.

Azərbaycan yığması iki günlük fasilədən sonra yenidən medallar qazanıb. Millimizin 5 üzvü bu gün fəxri kürsüyə yüksəlib. Boksçumuz Teymur Məmmədov (81 kq) qızıl medal əldə edibsə, cüdoçu Orxan Səfərov (60 kq) gümüş, digər boksçu Tayfur Əliyev (56 kq) isə bürünc mükafata layiq görülüb. Qılıncoynatma yarışında iştirak edən əkiz bacılardan isə Sevil Bünyatova gümüş, Sevinc Bünyatova isə bürünc medal qazanıb.

Qeyd edək ki, I Avropa Oyunlarında artıq ümumilikdə 194 dəst medal öz sahibini tapıb.


Boks

Kişilər
49 kq

1. Bator Saqaluyev (Rusiya)
2. Brendan İrvin (İrlandiya)
3. Muhammed Ünlü (Türkiyə)
3. Dmitro Zamotayev (Ukrayna)

56 kq
1. Baxtovar Nəzirov (Rusiya)
2. Dmitri Asanau (Belarus)
3. Tayfur Əliyev (Azərbaycan)
3. Qais Aşfaq (Böyük Britaniya)

81 kq
1. Teymur Məmmədov (Azərbaycan)
2. Valentino Manfredonia (İtaliya)
3. Pavel Silyagin (Rusiya)
3. Aleksandr Xiznyak (Ukrayna)

Qadınlar
51 kq

1. Nikola Adams (Böyük Britaniya)
2. Sandra Drabik (Polşa)
3. Elif Coşkun (Türkiyə)
3. Sayana Saqatayeva (Rusiya)

75 kq
1. Nuçka Fontiyn (Hollandiya)
2. Anna Neş Lorell (İsveç)
3. Sarah Şerix (Almaniya)
3. Lidia Fidura (Polşa)

Cüdo

Kişilər
60 kq

1. Beslan Mudranov (Rusiya)
2. Orxan Səfərov (Azərbaycan)
3. Ludovik Çammartin (İsveçrə)
3. Amiran Papinaşvili (Gürcüstan)

66 kq
1. Kamal Maqomed-Xan (Rusiya)
2. Loik Korval (Fransa)
3. Mixail Pulyayev (Rusiya)
3. Sebastian Seidl (Almaniya)

Qadınlar
48 kq

1. Çarli van Snik (Belçika)
2. Ebru Şahin (Türkiyə)
3. Yeva Çernoviçki (Macarıstan)
3. İrina Dolqova (Rusiya)

52 kq
1. Andrea Çitu (Rumıniya)
2. Annabelle Yuranie (Fransa)
3. Maren Kreh (Almaniya)
3. Natalya Kuzitina (Rusiya)

57 kq
1. Telma Monteyro (Portuqaliya)
2. Hedviq Karakas (Macarıstan)
3. Nora Qyakova (Kosova)
3. Miryam Roper (Almaniya)

Qılıncoynatma

Kişilər
Rapira

1. Alessio Fokoni (İtaliya)
2. Timur Arslanov (Rusiya)
3. Jan-Pol Helissey Toni (Fransa)
3. Françesko İnyargiolo (İtaliya)

Qadınlar
Sablya

1. Angelika Uotor (Polşa)
2. Sevil Bünyatova (Azərbaycan)
3. Sevinc Bünyatova (Azərbaycan)
3. Marqo Rifkiss (Fransa)

Üzgüçülük

Kişilər
200 metr batterflyay

1. Danil Paxomov (Rusiya)
2. Cakomo Karini (İtaliya)
3. Mattias Marsau (Fransa)

100 metr sərbəst
1. Skott Dankan (Böyük Britaniya)
2. Alessandro Miressi (İtaliya)
3. Vladislav Kozlov (Rusiya)

200 metr fərdi kompleks
1. Sebastian Steffan (Avstriya)
2. Jervis Parkinson (Böyük Britaniya)
3. Martin Uolton (Böyük Britaniya)

50 metr brass
1. Andrius Sidlauskas (Litva)
2. Nikola Obrovaç (Xorvatiya)
3. Tobias Byerq (Danimarka)

4x200 metr sərbəst ötürmə
1. Rusiya
2. Böyük Britaniya
3. Almaniya

Qadınlar
200 metr brass

1. Mariya Astaşkina (Rusiya)
2. Culia Verona (İtaliya)
3. Layla Blek (Böyük Britaniya)

50 metr arxa üstə
1. Karolin Pilatş (Avstriya)
2. Poline Maheu (Fransa)
3. Mariya Kameneva (Rusiya)

1500 metr sərbəst
1. Sveva Çiatsano (İtaliya)
2. Yanka Yuhaş (Macarıstan)
3. Marina Atalaya Kastro (İspaniya)

4x100 metr kompleks ötürmə
1. Rusiya
2. Hollandiya
3. Böyük Britaniya

Xəbər lenti

Bakıda ağır qəza 3 ölü
18:13 • 22 Dekabr 2024
"Sabah" "Şamaxı"ya uduzub
15:58 • 22 Dekabr 2024