Xəzər Xəbər

Səbinə Abdullayeva yarışa qələbə ilə başladı

Bakı-2015 | 15:03 • 26 İyun 2015
Səbinə Abdullayeva yarışa qələbə ilə başladı

Paralimpiyaçı cüdoçuların mübarizəsində Səbinə Abdullayeva (57 kq) yarışa qələbə ilə başlayıb. İspaniya cüdoçusu Mariya Monik Merensiano Herreronu məğlub edən idmançımız yarımfinalda Nataliya Nikolayçuk (Ukrayna) - Şerife Köseoğlu (Türkiyə) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

14:50

Paralimpiyaçı cüdoçuların yarışında kişilər 90 kiloqramdan yuxarı çəki dərəcəsində, qadınlar isə 57 kiloqram çəki dərəcəsində mübarizə aparacaq. Yarışda ölkəmizi 3 idmançı təmsil edəcək.

Cüdoçularımızın ilk rəqibləri müəyyənləşib. Mübarizəyə yarımfinal mərhələsindən qoşulacaq ikiqat Paralimpiya çempionu İlham Zəkiyev Dursun Hayran (Türkiyə) - Klimis Papaçristos (Yunanıstan) görüşünün qalibi, Zakir Müslümov isə ukraynalı Aleksandr Pominov ilə qarşılaşacaq.

Səbinə Abdullayeva İspaniya cüdoçusu Mariya Monik Merensiano Herrero ilə üz-üzə gələcək.

13:05

Cüdoçularımızdan Nərgiz İbrahimova (70 kq) Xorvatiya idmançısı Barbara Matika məğlub olaraq “Bakı-2015”-in medallarından kənarda qalıb.

12:02

Yarışda 73 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Rüstəm Orucov ilk görüşünü məğlubiyyətlə başa vurub.  Çexiyalı Jaromik Cezekə uduzan cüdoçumuz birinci Avropa Oyunlarında iştirakını yekunlaşdırıb. 

11:58

Qadınlar arasında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan daha bir cüdoçumuz tatami üzərinə çıxıb. Təəssüflər olsun ki, Nuriyyə Axundova ilk görüşdə polşalı Aqata Ozdobaya məğlub olaraq yarışda iştirakını yekunlaşdırıb.

11:49

Qadınlar arasında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Xanım Hüseynova yarışa qələbə ilə başlayıb. Makedoniyalı Katerina Nikoloskanı məğlub edən cüdoçumuz səkkidəbir finalda Fransa təmsilçisi Klarisse Aqbeqnenou ilə qarşılaşacaq.

11:24

Birinci Avropa Oyunlarında cüdo yarışları davam edir.

Cüdo yarışlarının ikinci günündə kişilər arasında 73, 81, qadınların mübarizəsində isə 63 və 70 kiloqram çəki dərəcələrində idmançılar Heydər Əliyev adına İdman Sarayında tatami üzərinə çıxırlar. Paralimpiyaçı cüdoçular arasında kişilər 90 kiloqramdan yuxarı, qadınlar isə 57 kiloqram çəki dərəcəsində mübarizə aparacaqlar.

İkinci yarış günündə 7 cüdoçumuz tatami üzərinə çıxacaq.

Xəbər lenti

Çox oxunanlar