Xəzər Xəbər

"Bakı-2015": Paralimpiyaçı qadın cüdoçumuz yarımfinalda

Bakı-2015 | 15:41 • 26 İyun 2015
"Bakı-2015": Paralimpiyaçı qadın cüdoçumuz yarımfinalda

 57 kq-dək gözdən əlil qadın cüdoçuların yarışında cəmi 8 idmançı iştirak etdiyindən cüdoçular mübarizəyə birbaşa 1/4 final mərhələsindən qoşulublar. Bu mərhələdə təmsilçimiz Səbinə Abdullayevanın rəqibi İspaniya təmsilçisi Mariya Monik Merensiano Herrero ilə üzləşib.

Cəmi bir neçə saniyə davam edən qarşılaşmada cüdoçumuz ipponla qiymətləndirən fənd işlədərək vaxtından əvvəl tam qələbə ilə qalib gəlib və yarışların yarımfinalına çıxıb.

Gözdən əlil kişilərin yarışından 90 kq-dan artıq çəkidə ölkəmizin şərəfini 2 dəfə Paralimpiya Oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu İlham Zəkiyev, eləcə də Zakir Müslümov qoruyacaq. Z.Müslümov 1/4 final mərhələsində ukraynalı Oleksandr Pominov ilə üzləşəcək. İ.Zəkiyev isə mübarizəyə birbaşa yarımfinaldan qoşulacaq.

Xəbər lenti

Çox oxunanlar