Mançester “Avropa Oyunları-2023”-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər.
Bu sözləri BBC-yə müsahibəsində Avropa Olimpiya Komitələrinin (AOK) prezidenti Patrik Hikki deyib.
P.Hikki, həmçinin 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinə artıq dörd ölkənin namizədliyini irəli sürdüyünü qeyd edib.
“Faktiki olaraq, 2023-cü ildə Avropa Oyunlarının Mançesterdə keçirilməsi ilə bağlı qərarın dəqiqləşdirilməsi üçün Mançesterdən müşahidəçilər Bakıya gələrək Oyunları müşahidə ediblər,” – deyə AOK prezidenti bildirib.