Xəzər Xəbər

Avropalı atletlər bu Oyunları həmişə xatırlayacaqlar

Bakı-2015 | 14:41 • 29 İyun 2015
Avropalı atletlər bu Oyunları həmişə xatırlayacaqlar

Birinci Avropa Oyunları çərçivəsində yaradılan idman obyektləri gələcək illərdə atletlərə, xalqa və gənclərə xidmət edəcək.

Xəzərxəbər xəbər verir ki, bu fikri Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa Oyunlarının bağlanış mərasimindəki çıxışında səsləndirib. O, belə bir böyük layihənin reallaşdırılmasında nümayiş etdirdikləri yekdilliyə görə bütün tərəfdarlara minnətdarlığını bildirərək deyib: “Siz bu Oyunlara, innovasiyaya açıq fikirlə yanaşdınız. Biz birlikdə nümayiş etdirdik ki, müasir dövrün bu çoxnövlü idman tədbirləri hər bir şəhərin tələbat və istəklərinə cavab verə bilər”.

Patrik Hikki ümidvar olduğunu deyib ki, hər kəsə möhtəşəm idman bayramı bəxş edən avropalı atletlər bu Oyunları həmişə xatırlayacaqlar. “Qələbəyə sevindiniz. Məğlubiyyətdən dərs götürdünüz. Siz Avropanın ən yaxşı idmançıları ilə yaşadıqdan, məşq etdikdən və yarışdıqdan sonra artıq “Rio-2016” Olimpiya Oyunlarında bütün dünya qarşısında çıxışa hazırsınız” – deyə AOK-un prezidenti vurğulayıb.

Xəbər lenti

Çox oxunanlar