Xəzər Xəbər

Müəllimin gündəmə çevrilən səs yazısına aydınlıq gətirildi VİDEO

Veb TV | 21:04 • 15 Aprel 2025
Müəllimin gündəmə çevrilən səs yazısına aydınlıq gətirildi

Dərs zamanı şagirdlər dəyənək ilə döyülür, psixoloji təzyiqə məruz qalırlar.

Sosial şəbəkələrdə yayılan səslərdə müəllimin dərs vaxtı təhqiramiz ifadələr işlətdiyi iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Suraxanı rayonu, 316 nömrəli orta məktəbdə baş verib. Səs yazılarının məktəbin riyaziyyat müəllimi Mehman Qurbanlıya məxsus olduğu bildirilir. Məktəbdə təhsil alan şagirdlərin  sözlərinə görə, həmin müəllim yuxarı  siniflərə dərs keçir. Şagirdlər baş verən hadisəni təsdiqləyir və həmin müəllimin çox aqressiv olduğunu bildiriblər.

Hadisədə adı halanan müəllim Mehman Qurbanlı  haqqında deyilənləri jurnalistlərə açıqlamasında inkar edib. Bildirib ki, “müəllimlər mənə şikayət edirdilər ki, uşaqlar dərslərdə özlərini yaxşı aparmırlar, mən də onları tərbiyələndirmişəm. Onun sözlərinə görə, uşaqları döyməyib, sadəcə xətkeşi masanın üzərinə vurub.

“Uşaq dərsdə özünü yaxşı apara bilmirsə, sinif rəhbəri müəyyən tədbirlər görməlidir”, - deyə o bildirib.

Məsələ ilə bağlı sözügüdən məktəbə yollandıq. Əvvəlcə heç bir açıqlama verilmədi. Daha sonra isə sorğumuz əsasında bildrildi ki, məktəbin riyaziyyat müəlliminin dərs prosesini pozan şagirdlərə iradını bildirməsinə dair yayılan səs yazısı ilə əlaqədar məktəbdaxili araşdırma aparılıb. Araşdırma nəticəsində bəlli olub ki, müəllimin rəhbərlik etdiyi sinifdə bir neçə şagirdin uyğunsuz davranışı digər müəllimləri də qane etmir. Araşdırma zamanı məsələni doğuran səbəblər aydınlaşdırılıb, müəllimin şagirdlərə fiziki təzyiq göstərmədiyi, digər şagirdlərin təhsil hüququnu pozduqlarına, tədris prosesinə maneçilik törətdiklərinə, dərsə məsuliyyətsiz yanaşdıqlarına görə onları tənbeh etdiyi məlum olub. Məktəb rəhbərliyi tərəfindən həmin uşaqların valideynləri məktəbə dəvət olunaraq onlarla görüş keçiriləcək. Məktəb rəhbərliyinin qeyd olunan sinfə nəzarətinin artırılması və psixoloqun uşaqlarla bağlı dəstəkləyici tədbirlər aparması qərara alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: 

Xəbər lenti

Çox oxunanlar