Xəzər Xəbər

Qazax rayonunun 4 kəndinin işğaldan azad edilməsindən 1 il ötür VİDEO

Veb TV | 20:06 • 15 Aprel 2025
Qazax rayonunun 4 kəndinin işğaldan azad edilməsindən 1 il ötür

Azərbaycanın hərb meydanında qələbəsini diplomatik sahədə də davam etdirirək Qazax rayonunun 4 kəndini işğaldan azad etməsindən 1 il ötür.

Vətən müharibəsi və anti-terror əməliyyatından sonra Ermənistan rəhbərliyi Qazaxın 4 kəndinin dinc yolla qaytarılmasına məcbur oldu.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunları tərəfindən bu kəndlərin müdafiə və mühafizəsi etibarlı şəkildə  təşkil edilir.

Dörd kənddən biri olan Xeyrimlinin yeri strateji əhəmiyyət daşıyıb. Belə ki,  Ermənistanla Gürcüstanı birləşdirən magistral yol bu kəndin ərazisindən keçirdi.

İndi Xeyrimlinin də Bağanis Ayrımın da əsl sahibləri qayıdıblar.

Tezliklə xatirlərində canlandırdıqları həyatı yaşamağı arzu edirlər.

İşğaldan azad edilən kəndlərdən ən böyüyü isə Aşağı Əskipara kəndi olub. Bu kənd də talan edilib, xarabalığa çevrilib.

Artıq sakinlərin əmin olduqları bir şey var. Bu kəndlər də işğaldan azad edilmiş digər yerlər kimi yenidən qurulacaq, abadlaşacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir:

Xəbər lenti