Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 7 ünvanının sakinləri iddia edirlər ki, uzun müddətdir binaların həyətində aparılan abadlıq-yenidənqurma işləri yarımçıq saxlanılıb.
Xezerxeber.az-ın məlumatına görə, sakinlərin sözlərinə görə, futbol meydançası da hələlik qeyri-müəyyən səbəbdən istifadə üçün açılmayıb.
Onların istəyi işlərin tamamlanmasıdır.
Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözügedən ünvanda işlər qısa zamanda tamamlanacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: