Xəzər Xəbər

Şəhərin mərkəzində təmiri yarımçıq qalan “abad həyət” VIDEO

Veb TV | 14:38 • 15 Aprel 2025
Şəhərin mərkəzində təmiri yarımçıq qalan “abad həyət”

Bakının Ceyhun Səlimov küçəsində yaşayan sakinlər yaşadıqları binanın  həyətində, yaradılmış yarımçıq parkdan narazıdırlar.  
Sakinlər “Xəzər Xəbər”ə bildiriblər ki, 1 il öncə yaşadıqları binanın həyətində idman alətləri quraşdırılmış park salınıb. Lakin, park sahəsində daş döşəmələr yarımçıq vurulduğu üçün onlar parkda istirahətin mümkün olmadığını deyirlər. Onların sözlərinə görə, bu vəziyyətdə nə parkda idman etmək olur, nə də uşaqları gəzdirmək. 

Xezerxeber.az mövzu ilə bağlı videonu təqdim edir.

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Xəbər lenti