6 il əvvəl sökülən məktəb binasında işlər hələ də yekunlaşmayıb.
Xezerxeber.az xəbər verir ki, ötən əsrin 30-cu illərində inşa olunmuş məktəb binası uzun müddət xidmət göstərib. Dəfələrlə cari, 2004-cü ildə isə əsaslı təmir olunan bina bir neçə il əvvəl tamamilə sökülüb. Söhbət Göygöl rayonu, Topalhasanlı kənd məktəbindən gedir.
Kənd sakinləri deyir ki, məktəbdə söküntü işləri başlayandan tədris prosesi Göygöl şəhər 2 nömrəli məktəbə köçürülüb və şagirdlərin kənddən rayon mərkəzinə daşınması üçün mikroavtobuslar ayrılıb. Buna baxmayaraq prosesin uzanması valideynlərdə narahatlıq yaradır.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi isə bildirilib ki, məktəbin binasında söküntü işlər 2024-cü ilin may ayında yekunlaşıb. Həmin dövrdən etibarən şagirdlər təhsillərini Göygöl şəhər 2 nömrəli tam orta məktəbdə davam etdirilirlər. Onların ayrılmış xüsusi nəqliyyat vasitəsi ilə daşınması təmin edilir. Qurumdan o bildirildi ki, söküntü işləri təxminən 5 il əvvəldən başlayıb və tədricən aparılıb. Ötən il isə tam sökülüb. Tikintisi aparılan məktəbin yeni binasının 2025-ci ilin sonunadək istifadəyə veriləcəyi planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: