Xəzər Xəbər

Sabunçuda yaşayış evləri, dəmiryolu xətti TƏHLÜKƏDƏ VİDEO

Veb TV | 21:45 • 14 Aprel 2025
Sabunçuda yaşayış evləri, dəmiryolu xətti TƏHLÜKƏDƏ

Sakinlər aylarla davam edən su problemi ilə üz-üzədir… Səbəb ərazidən keçən ana su xəttində tez-tez baş verən sızıntılardır…

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, dəmiryolu stansiyasının yaxınlığında yerləşən ərazidən gedir. Sakinlərin sözlərinə görə, boru xəttində yaranan sızıntılar tez-tez xəttin partlaması ilə nəticələnir. Hadisə baş verən kimi su idarəsinin əməkdaşları əraziyə gələrək qazıntı işləri aparır, sızmanı müvəqqəti aradan qaldırır və suyu nasos vasitəsilə əraziyə buraxırlar. Nəticədə su, həm yaşayış evlərinə, həm də aktiv işləən dəmiryolu xəttinə dolur.

Ən narahatedici məqam isə odur ki, kanalizasiya sisteminin tutumu bu qədər suyu çəkib aparmağa kifayət etmir. Bu səbəbdən ərazi çirkab içində qalır.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti "Xəzər Xəbər"ə bildirdi ki, həmin xəttin bir hissəsi karroziyaya uğrayıb. Xəttin üzərində 1 dəfə təmir işləri aparılıb, sonradan yenidən qəza baş verib və xəttin bir hissəsinin dəyişdirilməsinə ehtiyac yaranıb. Bu səbədən axan sular ətrafa yığılıb. Ərazidə və yaxınlıqda mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud olmadığından yığılan suyun operativ şəkildə kənarlaşdırılması üçün boş əraziyə yönləndirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti