Mingəçevirdə yanğın baş verib.
Xezerxeber.az-ın məlumata görə, Bahar küçəsi 17 ünvanında Qənirə Kərimovaya məxsus evin həyətində “Opel” markalı avtomobil alışıb.
Sonradan alov üçotaqlı yaşayış evinə də keçib. Ev sahibi nəvələri ilə birlikdə xilas ola bilib. Yanğın söndürülüb, araşdırma aparılır.