Paytaxtın müxtəlif ərazilərində yerləşən yeraltı piyada keçidlərində eskolatorların işləməməsi sakinlərin ciddi narazılığına səbəb olub. Xüsusilə Nəsimi rayonu, Qış parkının yaxınlığında yerləşən bir sıra yeraltı piyada keçidlərində eskolatorların uzun müddətdir fəaliyyət göstərmədiyi müşahidə olunur.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, bu hal xüsusilə yaşlı insanlar, fiziki məhdudiyyətli şəxslər və uşaq arabası ilə hərəkət edən valideynlər üçün çətinlik yaradır.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən ərazidə eskolatorların sıradan çıxmış ehtiyyat hissələri sifariş verilib. Gəlməsi bir müddət vaxt tələb edir. Ölkəyə gələn kimi eskolatorlar işlək vəziyyətə gətiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: