Bakıda iki qardaş eyni anda bıçaqlanıb.
Xezerxeber.az-ın məlumatına görə, bıçaqlanan qardaşlardan birinin 23, digərinin isə 16 yaşı var.
Ətrafdakı şəxslərin köməkliyi ilə yaralılar xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, 23 yaşlı Fərid Mustafayevlə qardaşı, 16 yaşlı Elnur Mustafayev bıçaqlanıb. Hər iki yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb və dərhal cərrahi əməliyyata alınıblar. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, paytaxtın Qaradağ rayonunda iki nəfərə kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. Əməli törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: