Paytaxtın Sabunçu qəsəbəsi, Rəsulzadə 3 ünvanında yerləşən çoxmərtəbəli binada yerləşən mənzillərin çıxarışı yoxdur.
Xezerxeber.az-ın məlumatına görə, köhnə və yararsız olan bina sökülüb, yerində isə hər bir şəraiti olan bina inşa edilərək sakinlərə təhvil verilib. Lakin yeni tikiliyə köçürülən bina sakinlərinin heç birində mənzilin çıxarışı yoxdur.
4 ildir ki, yeni tikilidə yaşayan 100-ə yaxın ailənin mənzillərinin sənədi yoxdur. Dediklərinə görə, əvvəllər yaşadıqları - yəni sökülən binanın hər bir sakininin çıxarışı olub.
Sakinlər deyirlər ki, hər bir mənzil sahibinin əlində müqaviləsi var, ancaq çıxarışın verilməsi prosesi uzanır.
Məsələ ilə bağlı binanı inşa edən tikitni şirkəti ilə əlaqə saxladıq. Şirkətdən "Xəzər Xəbər"ə bildirildi ki, sənədlər hazırlanır və yaxın müddətdə mənzil sahiblərinə təhvil veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: