Xəzər Xəbər

Dələduzluq üçün yeni üsullara əl atılır XƏBƏRDARLIQ/VİDEO

Veb TV | 20:24 • 13 Aprel 2025
Dələduzluq üçün yeni üsullara əl atılır

Onlayn alış-veriş etmək istəyən şəxslər kiberdələduzların qurbanına çevrilirlər. Son vaxtlar belə hallar xeyli artıb.

Daxili İşlər Nazirliyi bununla bağlı vətəndaşlara xəbərdarlıq edib.

Xezerxeber.az-ın məlumatına görə, ekspertlər isə deyirlər ki, onlayn alış-veriş zamanı maksimum diqqətli olmaq lazımdır. Çünki bəzi dələduzlar populyar alış-veriş saytlarının oxşarını yaradaraq vətəndaşları aldadırlar. Naməlum mənbələrdən alış-veriş etmək təhlükəlidir.

Tövsiyə olunur ki, onlayn alış-veriş edərkən kart məlumatlarını veb-saytların və brauzerin yaddaşında saxlamamaq olduqca təhlükəlidir.

Qeyd edək ki, bank məlumatları ələ keçirildikdən sonra dələduzlar tərəfindən kart sahiblərinin xəbərləri olmadan onların hesablarından onlayn ödənişlər həyata keçirirlər və vəsaitlər mənimsənilir. Odur ki, nazirlik vətəndaşlara bank kartı məlumatlarını heç kəslə bölüşməməyi tövsiyə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar