Lənkəranda antibiotik iynəsi vurulan kişi ölüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Viyən kəndində baş verib.
Kənd sakini 32 yaşlı İmran Məmmədov xəstələndiyi üçün hərarəti yüksək olub. Yaxınlarının dediyə görə, qonşusu tərəfindən evdə ona antibiotik iynəsi vurulub. İynədən sonra İmran Məmmədovun halı qəfil pisləşib və evə təcili tibbi yardım çağrılıb. Xəstəxanadan verilən məlumata görə, deyilən ünvana təcili tibbi yardım briqadası çatsa da, İmran Məmmədovun həkiməqədər ölüm faktı qeydə alınıb.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.
Qeyd edək ki, İmran Məmmədov əvvəllər yerli televiziya kanalında operator vəzifəsində çalışıb. Televiziya kanalı ilə müqaviləsi bitdikdən sonra toylarda çəkiliş edirmiş.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir: