Xəzər Xəbər

Bakının bu ərazisindən tullantı səbəbindən keçmək olmur VİDEO

Veb TV | 21:45 • 12 Aprel 2025
Bakının bu ərazisindən tullantı səbəbindən keçmək olmur

İstər piyada, istərsə də avtomobillə bu küçədən keçmək xeyli qəlizdir... Şüşə qırıqları, avtomobillərin ehtiyat hissələri və müxtəlif tullantılarla dolu olan bu ərazidən gələn üfunət isə ətrafa yayılır...

Xezerxeber.az xəbər verir ki, görüntülər Suraxanı rayonu Səməd bəy Mehmandarov küçəsindəndir. Ərazidə yaşayan sakinlər buradan keçərək Günəşli qəbristanlığına və Suraxanı parkına yol alırlar.

Yaşayış massivindən xeyli uzaq olan bu küçənin giriş hissəsində avtoservislər fəaliyyət göstərir. Küçədə isə məişət tullantılarının atılması üçün bir ədəd belə konteynerə rast gəlmədik.

Sakinlər iddia edirlər ki, ətrafda fəaliyyət göstərən avtoservislər tullantıları konteyner olmadığından məhz buraya atırlar.

Ərazidə fəaliyyət avtoservislərin əməkdaşları isə müsahibə verməkdən imtina etdilər. Şifahi olaraq bildirdilər ki, servislərin ətrafında zibil konteynerləri olmadığından tullantıların atılması üçün yer yoxdur.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verilməyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti