Xəzər Xəbər

Ağsunun ən böyük kəndlərindən biri niyə sürətlə boşalır? VİDEO

Veb TV | 21:35 • 12 Aprel 2025
Ağsunun ən böyük kəndlərindən biri niyə sürətlə boşalır?

Ağsu rayonunun ən böyük kəndlərindən biri hesab olunan Bico sürətlə boşalır.

Xezerxeber.az xəbər verir ki, rayon mərkəzindən 12 km məsafədə yerləşən və ən qədim kəndlərdən biri olan Bicodandır. Yolsuzluq və susuzluq bu kəndin boşalmasına səbəb olur. Qonaq-qaralı, səsli-küylü olan Bico kəndi indi səssizliyə qərq olub. Vaxtilə 2000-dən çox sakinin məskunlaşdığı kənddə hazırda 900-ə yaxın şəxs yaşayır.

Sakinlərin sözlərinə görə, kəndin boşalmasına səbəb kəndə olan şəraitsizlikdir. Kəndin ağ saqqallarından biri olan Ramiz dayı deyir ki, 72 ildir bu kəndə yaşayır, ağlı kəsən gündən indiki günə qədər bu kəndə nə yol görüb, nə də su...

2017-ci ildə Oğuz-Qəbələ-Bakı su kəməri çəkiləndə, Bico kəndinə də həmin boru vasitəsilə su verilsə də, kəndin bir çox hissəsi ondan istifadə edə bilmir. Kəndin aşağı hissəsi suyla və yolla təmin olunsa da, yuxarı hissədə bunların heç biri yoxdur.

Onlar bildirirlər ki, məktəb də kəndin aşağı hissəsində yerləşir. Uşaqlar məktəbə getmək üçün yağışlı-qarlı havalarda kələ-kötürlü, palçıqlı yollarda piyada və uzun məsafə qət etmək məcburiyyətində qalırlar.

Sakinlər bildirirlər ki, yolsuzluq səbəbindən rayon mərkəzinə işləyən marşrut avtobusu da yuxarı hissəyə gəlib çıxa bilmir.

Kəndin icra nümayəndəsi Bəhlul Mahmudov "Xəzər Xəbər"ə bildirdi ki, problemlərlə bağlı kaidiyyəti qurumlara məlumat verilib. Bu ilin sonuna kimi həm su, həm də yol problemi öz həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar