Xəzər Xəbər

Qubanın bu kəndi 15 ildən sonra sürüşmə təhlükəsi ilə üz-üzə VİDEO

Veb TV | 21:30 • 12 Aprel 2025
Qubanın bu kəndi 15 ildən sonra sürüşmə təhlükəsi ilə üz-üzə

Qubanın Güləzi kəndində illər öncə müşahidə edilən torpaq sürüşməsi yenidən özünü göstərib.

Xezerxeber.az xəbər verir ki, son günlər fasiləsiz yağan yağışlar nəticəsində torpaq layları hərəkətə gəlib. Bu səbəbdən bir neçə evin həyətində və yardımçı tikililərdə çökmə baş verib. Kəndin əsas yolu, eyni zamanda məktəbə aparan marşrut bağlanıb. Torpaq kütləsinin sürüşməsi həm nəqliyyatın, həm də piyadaların hərəkətini çətinləşdirib.

Hadisə ilə bağlı əraziyə Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də Quba Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri gəlib, vəziyyətlə tanış olublar.

Həmçinin "11 saylı Yol İstismarı" MMC-nin texnikası hadisə yerinə cəlb edilib, ərazidə təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar