Xəzər Xəbər

Bakıda bina sakinlərinə beş ildir çıxarış niyə verilmir? VİDEO

Veb TV | 21:10 • 12 Aprel 2025
Bakıda bina sakinlərinə beş ildir çıxarış niyə verilmir?

Bakıda beş ildir ki, bir binanın sakinləri mənzillərinə çıxarış ala bilmirlər.

Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Səbail rayonu Badamdar qəsəbəsi, Göyüş Qarayev küçəsi 4,6,8 ünvanındakı çoxmərtəbəli yaşayış binasından gedir. Sakinlər deyirlər ki, həmin bina ''Şərq-F'' MTK- tərəfindən 2019-cu ildə istisimara verilib. 320 mənzildən hazırda 300-də yaşayış olsa da, sakinlər mənzillərinə çıxarış ala bilmirlər.

Binada bütün kommunal xidmətlər olsa da, tək çatışmayan mənzil sahiblərinin çıxarış ala bilməmələridir. Sakinlər onu da iddia edirlər ki, bunun əsas səbəbi bina inşa edilərkən müəyyən qaydaların pozulmasıdır.

Amma buna baxmayaraq binaya Fövqəladə Hallar Nazirliyi tərəfindən istismara hazırlıq barədə rəy verilib. Bunu Fövqəladə Hallar Nazirliyindən ''Xəzər Xəbər''ə təsdiq etdilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti