Xəzər Xəbər

Milli radioları ölkənin hər yerində dinləmək mümkündür VİDEO

Veb TV | 22:00 • 11 Aprel 2025
Milli radioları ölkənin hər yerində dinləmək mümkündür

Artıq təkcə paytaxtda yox, bütün ölkə ərazisində radioyayım şəbəkəsi təkmilləşdirilib.

Görülən işlər nəticəsində milli radioları bütün ölkə ərazisində, hətta ən ucqar bölgələrdə də dinləmək mümkündür. 

Xezerxeber.az-ın məlumatına görə, "Teleradio" İstehsalat Birliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Orxan Kərimov deyir ki, ölkə ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi məqsədi ilə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Həyata keçirilən tədbirlər nəticəsində radioyayım şəbəkəsində təkmilləşdirmə işləri aparılıb.

Qeyd edək ki, layihə çərçivəsində 17 Radio-televiziya yayım stansiyasının hər birindən 15-dək ümumölkə radioproqramın yayımı təmin olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

 

 

Xəbər lenti