Xəzər Xəbər

Sökülən mənzillərin qiymətləndirilməsi ilə bağlı problemlər var VİDEO

Veb TV | 19:50 • 11 Aprel 2025
Sökülən mənzillərin qiymətləndirilməsi ilə bağlı problemlər var

Mənzillərin qiymətləndirmə məsələsində problemlər meydana çıxır.

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin komitə sədri Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O qeyd edib ki, sahibkarlar 16 min mənzil sökürlər, 70 insanla razılaşırlar, 1-2-si ilə razılaşa bilmədikdə problem yaranır.

Qeyd edək ki, iclasda gizirlərə, miçmanlara, zabitlərə və kursantlara intizam tənbehi qaydasında həbs cəzası tətbiqinə dair normalar ləğv olunur. Bu barədə "Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Kursantlara bir sıra normalar tətbiq ediləcək. 

İclasda Bakı, Sumqayıt, Şəki, Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər də təyin edilib. Müzakirələrdən sonra bununla bağlı qərar qəbul edilib. Plenar iclasda həmçinin "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanundakı dəyişiklik III oxunuşda təsdiq edilib. Dəyişikliyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir. Hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər quranlar 10 min manatadək cərimələnəcək. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir. 

Xəbər lenti