Xəzər Xəbər

Gədəbəydə ana və qızı döyülüb VİDEO

Veb TV | 20:38 • 11 Aprel 2025
Gədəbəydə ana və qızı döyülüb

Gədəbəydə ana və qızı döyülərək xəstəxanalıq olublar.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Söyüdlü kəndində yaşayan 42 yaşlı İlahə Mürsəlova və 18 yaşlı qızı  döyülərək xəsarət alıb və xəstəxanaya müarciət ediblər. Sonra onlar Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

İddiaya görə, İlahə Mürsəlova qayınatası və baldızı tərəfindən döyülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar