Xəzər Xəbər

Hər sayta etibar etməyin! VİDEO

Veb TV | 17:34 • 7 Aprel 2025
Hər sayta etibar etməyin!

Bakıda son vaxtlar internet resurslarında məşhur şirkətlərin, xüsusilə kredit təşkilatlarının domen adlarına bənzər fishinq məqsədlər üçün saxta saytlar yaradılır. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı polis-leytenantı Lumu İsrəfilli “Xəzər Xəbər”ə açıqlama verib.

O bildirib ki, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən saxta saytları yaradan həmin şəxslərin kimliyi məlum olur və barələrində qanunamüvafiq addımların atılması təmin edilir. DİN məsələ ilə bağlı vətəndaşları saxta, cəlbedici təkliflərə qarşı daha diqqətli olmağa çağırır.  

Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Xəbər lenti