Xaçmaz rayonunun Xaspoladoba kəndində qətl hadisəsi törədilib. Xezerxeber.az-ın məlumatına görə,
kənddə dini dərslər verən kişi şübhəli kimi saxlanıb. O, arvadını öldürməkdə təqsirli bilinir.
Məlumata görə, ötən gün axşam saatlarında kənd sakini, 47 yaşlı Asəf Məmmədov həyat yoldaşı Yaqut Məmmədova ilə qohumlarının evində keçirilən qonaqlıqda iştirak ediblər. Aralarında mübahisənin də orada başladığı bildirilir.
Asəf Məmmədovun həyat yoldaşı Yaqut Məmmədovanı evdə boğaraq öldürdüyü bildirilir.
Məlumata görə Asəf Məmmədov hadisəni törətdikdən sonra Xaçmaz rayon polis şöbəsinə gələrək arvadını qətlə yetirdiyini deyib və təslim olub. Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.
Qeyd edək ki, Asəf və Yaqut Məmmədovların birgə nikahdan 3 övladları var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.