Xəzər Xəbər

Uşaqların I siniflərə qəbulu prosesi başlayır VİDEO

Veb TV | 21:31 • 7 Aprel 2025
Uşaqların I siniflərə qəbulu prosesi başlayır

Gələn aydan I siniflərə şagird qəbulu prosesinə start veriləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

Onun sözlərinə görə, bu il 3 müəssisə rus bölməsinə qəbul prosesindəki müsahibəni ləğv edib. 

Nurlan İsmayılbəyli deyir ki, bəzi təhsil müəssələri üçün prioritetli qəbul prosesi baş tutacaq.

Qurum rəsmisi onu da bildirib ki, bu il təkcə Azərbaycan bölməsi üçün 85 min məktəbəhazırlıq qruplarında təhsil alan şagirdin avtomatik olaraq I sinfə qəbulu həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

Xəbər lenti