Bakıda yerləşən yeni binalarda mənzil qiymətinə qarajlar təklif olunur.
Qarajların 10 kvadratmetri 30-85 min manat aralığında qiymətə satılır.
Xezerxeber.az-ın məlumatına görə, elan saytlarında daşınmaz əmlak kimi qarajların satışı üçün də bölmə var.
Yeni tikilən binaların çoxunda bəzi sakinlərə binaların altındakı dayanacaqlarda maşınlarını park etməyə icazə verilmir. Adətən park yerləri binalardakı mənzillərin sayından daha az olur. Odur ki, binaların sahibləri bu yerləri sakinlərə yüksək qiymətlə satır. Mövzu ilə bağlı danışan hüquqşünas Şamil Paşayevin sözlərinə görə, Mənzil-Tikinti Koorperativləri özülündən başlamış texniki mərtəbələrinə qədər binanın pulunu payçılardan alırlar. Daha sonra isə texniki mərtəbə ilə zirzəmi hissəsini öz məqsədləri üçün istifadə edirlər. Bu isə tamamilə qanunsuzdur.
Hüquqşünas bildirib ki, qaraj olaraq istifadə edilən sahələr ümumi istifadədə olduğundan satışı qanuni deyil.
Qeyd edək ki, Mənzil Məcəlləsinin 35.1 ci maddəsinə əsasən, binalarda qaraj kimi satılan sahələr ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.