Zaqatala sakini 9 yaşlı İslam Qurbanov yad cisim udub. Bununla bağlı uşaq “Xəzər Xəbər”ə bildirib ki, o, məktəbdə olan zaman, qutunun içində gördüyü dəmir parçasıyla oynamaq qərarına gəlib. Lakin, özü də bilmədən dəmir parçasını udub. Hadisədən xəbər tutan uşağın valideyinləri İslamı dərhal Bakıda yerləşən özəl xəstəxanalarından birinə gətiriblər.
Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.