Xəzər Xəbər

Kosmetoloji prosedurlar orqanizmə necə təsir edir? VİDEO

Veb TV | 15:18 • 7 Aprel 2025
Kosmetoloji prosedurlar orqanizmə necə təsir edir?

Son illərdə estetik prosedurlar arasında ən çox yayılmış üsullardan biri botoks və dolğudur. Bir çox insan qırışları aradan qaldırmaq, üz cizgilərini daha dolğun və gənc göstərmək üçün bu prosedurlara üz tutur.

Bəs görəsən bu kosmetoloji prosedurlar orqanizmə necə təsir edir?

Xezerxeber.az-ın xəbərinə görə, kosmetoloq Sahilə Əbdülrəhmanova deyir ki, son zamanlar xüsusilə botoks proseduru etdirənlərin sayı artıb. Artıq xanımlarla yanaşı bəylər də müraciət edir. Qiymətlər istifadə edilən preparatlardan və kosmetoloqun təcrübəsindən asılı olaraq 70 - 400 manat arası dəyişir.  

Həkim kosmetoloq Rəna Ocaqovanın sözlərinə görə, botoks prosedurundan miqren ağrılarının qarşısının alınması üçün də istifadə olunur. qiymətləri isə 200-500 manat arası dəyişir.

Kosmetoloq Sahilə Əbdülrəhmanovanın sözlərinə görə, narazılıqlar daha çox dolğu prosedurları zaman olur. Belə ki, dolğunun miqdarının doğru təyin edilməməsi və ya keyfiyyətsiz preparatdan istifadə fəsadlara səbəb ola bilir.

Dermatoloq Ramil Qocayev qeyd edir ki, botoks və dolğu prosedurları  düzgün tətbiq olunmadıqda ciddi problemlərə səbəb olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

Xəbər lenti

İsmayıllıda zəlzələ
20:13 • 12 Aprel 2025