Havalar isinir, bağ evlərinə maraq artır.
Xezerxeber.az-ın xəbərinə görə, ənənəvi olaraq yay aylarında insanlar istirahət üçün kirayə bağ evləri axtarırlar. Əsasən də dənizə yaxın ərazilərdən. Rieltor Hacıbala Quliyev deyir ki, yayda qiymətlərdə artım olduğundan vətəndaşlar indidən beh göndərib yer rezerv edirlər.
Hacıbala Quliyev əlavə edib ki, günlük evlərin kirayəsi də yay aylarında canlanır. Xüsusən də belə evlər Mərdəkan, Pirşağı, Şüvəlan ərazilərində təklif olunur.
Rieltor bildirdi ki, bağ evlərinə tələbat məsələsində hər hansı dəyişiklik yoxdur. Son 3 ildir təxminən eyi sayda ev kirayə verilir. Dəyişən isə yalnız qiymətlər olur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.