Xəzər Xəbər

Son zamanlar gözəllik salonlarında ciddi yoxlamalar aparılır - AÇIQLAMA VİDEO

Veb TV | 21:45 • 6 Aprel 2025
Son zamanlar gözəllik salonlarında ciddi yoxlamalar aparılır - AÇIQLAMA

Bəzi gözəllik salonları təkcə saç və dırnaq baxımı üçün yox, həm də müxtəlif kosmetoloji prosedurlar üçün şərait yaradır.

Xezerxeber.az-ın xəbərinə görə, sosial şəbəkələrdəki elanlardan məlum olur ki, belə salonlarda  müxtəlif dəri təmizləmə və pilinq , dərinin alt qatlarına vitaminlər, minerallar və digər faydalı maddələrin yeridilməsi ilə aparılan mezoterapiya, botoks və dolğu eyni zamanda lazer epilyasiyası kimi kosmetoloji xidmətlər həyata keçirilir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə “Xəzər Xəbər”ə bildirilib ki, gözəllik salonları tibb müəssisələrindəki sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Keçirilən yoxlamalar zamanı aşkar edilmiş qanunsuz tibbi fəaliyyət ilə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xətalar məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

Xəbər lenti