Xəzər Xəbər

Qaxda dağda uçqun - İçməli suda fasilə yarandı VİDEO

Veb TV | 21:40 • 6 Aprel 2025
Qaxda dağda uçqun - İçməli suda fasilə yarandı

Qaxda dağda uçqun olub, əhalinin içməli və suvarma suyunda fasilə yaranıb.

Xezerxeber.az-ın xəbərinə görə, hadisə rayonun Ləkit kəndində, "Mamırlı" şəlalə ərazisində baş verib. Belə ki, kənddən 800 metr aralıda yerləşən dağdan gələn torpaq qatı Ləkit çayına tökülüb və balaca göl yaradıb. Hadisə nəticəsində mənbədən Ləkit kəndinə gələn suvarma və içməli su kəsilib. Kənd sakinlərinin sözlərinə görə,həmin ərazidə tez-tez belə hallar baş verir. Dəfələrlə əhalinin içməli suyunda problem yaşanır. Səbəb isə dağda tez-tez uçqunların olmasıdır.

Hadisə ilə bağlı Ləkit kəndinin də daxil olduğu Qum bələdiyyəsinin sədri İlqar Məmmədov "Xəzər Xəbər"ə bildirib ki, uçqun olan əraziyə dərhal texnika cəlb olunaraq çay suyunun maneəsiz axını təmin olunub. Bundan başqa zədələnmiş içməli su boruları da bərpa edilib.

Qeyd edək ki, həmin yer təbiət abidəsi olan "Mamırlı" şəlaləyə gedən ərazidir. Şəlalə ərazisində bu vaxtlar hərəkət az olsa da, yay fəslində xeyli turist olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

Xəbər lenti