Xəzər Xəbər

Bu gün keçirilən imtahanda hansı fənnin sualları daha çətin olub? VİDEO

Veb TV | 21:25 • 6 Aprel 2025
Bu gün keçirilən imtahanda hansı fənnin sualları daha çətin olub?

Bu gün əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi keçirilib. Həmçinin V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasından kolleclərə qəbul imtahanı da baş tutub.

"Xəzər Xəbər"ə danışan abituriyentlər əsasən riyaziyyət fənni üzrə sualları cavablandırmaqda çətinliklə üzləşdiklərini bildiriblər.

Abutireyntlərlə bərabər onların valideynləri və yaxınları da həyəcanlı idilər...

Bu gün həm də buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barələrində Dövlət İmtahan Mərkəzinə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı da keçirilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

Xəbər lenti