Xəzər Xəbər

Bölgələrdə qan “su yerinə axdı” – BIÇAQLANMA VİDEO

Veb TV | 21:06 • 6 Aprel 2025
Bölgələrdə qan “su yerinə axdı” – BIÇAQLANMA

Gəncədə bir yerdə yeyib-içən dostlardan biri digərinə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Xezerxeber.az-ın xəbərinə görə, hadisə şəhər ərazisində, 3-cü mikroraryonda yerləşən mənzillərdən birində baş verib.

Boynundan ağır bıçaq xəsarətləri alan Nəsib Rüstəmov dərhal yaxınlıqda yerləşən Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə çatdırılıb. 

Hadisə ilə bağlı şəhər polisi tərəfindən əməliyyat-istintaq hərəkətləri həyata keçirilib.

Biləsuvarda isə bazar ərazisində bıçaqlanma olub. Aptekdə işləyən 45 yaşlı Əkrəm Babayevlə təsərrüfat malları satan 22 yaşlı Samir Abbaszadə arasında mübahisə yaranıb. Nəticədə Əkrəm Babayev Samir Abbaszadəyə bıçaq xəsarətləri yetirib.

Xəsarət alan Samir Abbaszadə xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, əməli törətməkdə şübhəli bilinən 45 yaşlı Əkrəm Babayev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

Xəbər lenti