Xəzər Xəbər

Binəqədidə yaşayış binası qəzalı vəziyyətdədir, sakinlər narahatdır VİDEO

Veb TV | 20:08 • 5 Aprel 2025
Binəqədidə yaşayış binası qəzalı vəziyyətdədir, sakinlər narahatdır

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən bina qəzalı vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, 100-ə yaxın yaşı olan binanın divarları çatlayıb, pilləkənləri dağılıb, tavanı çöküb.

Sakinlərin sözlərinə görə, uzun illərdir söküləcəyi deyilən bina gün keçdikcə daha təhlükəli hal alır.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirildi ki, məsələ araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir. 

Xəbər lenti