"Dünya ictimaiyyəti azərbaycanlılara qarşı mina terroru ilə mübarizədə fəal iştirak etməlidir"
Bu fikirləri Ombudsman Səbinə əliyeva 4 Aprel Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü günü ilə bağlı "Xəzər Xəbər"ə verdiyi müsahibəsində bildirib.
O qeyd edib ki, 1991-ci ildən bu günə kimi mina qurbanlarının sayı 3400 nəfərdən çoxdur ki, bunların 359-u uşaq, 38-i qadındır. "Bu rəqəmlər mina probleminin fundamental insan hüquqlarının kobudcasına pozulmasına səbəb olduğunu əyani şəkildə təsdiq edir" deyə ombudsman vurğulayıb.
İnsan hüquqları üzrə müvəkkil ölkəmizin üzləşdiyi mina probleminə beynəlxalq səviyyədə ədalətli yanaşmanın nümayiş etdirilməsinin önəmindən də danışıb.
Qeyd edək ki, Azərbaycan BMT-də mina qurbanlarının hüquqlarının müdafiəsini tələb edən xüsusi qətnamə irəli sürüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.