Xəzər Xəbər

Avropada iş adıyla növbəti aldadılma VİDEO

Veb TV | 21:40 • 4 Aprel 2025
Avropada iş adıyla növbəti aldadılma

Avropada iş adıyla aldadılıb 3000 manat pulu alındı... Aldadıldığını isə sosial şəbəkədə həmin travel şirkətiylə bağlı yazılan rəylərdən öyrəndi...

Bunu iddia edən Elçin Cəlilov "Xəzər Xəbər"ə zərərçəkmiş kimi tanındığını bildirir.

Zərərçəkmiş bildirir ki, travel şirkəti ilə 2023-cu ilin yanvar ayında müqavilə bağlayıb. Norveçdə balıq fabrikində işlə təmin olunmasını gözləyən şəxsi "bu gün, sabah" deyə-deyə gözlədiblər.

Elçin Cəlilov onun kimi zərərçəkənlərin yüzlərlə olduğunu bildirir. Daxili İşlər Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, baş verən qanunsuzluqlarla bağlı şirkətin fəaliyyəti dayandırılıb, rəhbəri həbs olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

Xəbər lenti