Paytaxt sakini Leyla Abbasova poliklinikadan məktəb üçün tələb olunan arayışı almaq istəyərkən gözlənilməz problemlə üzləşib.
Xezerxeber.az xəbər verir ki, onun sözlərinə görə, arayış üçün 16 saylı uşaq poliklinikasına müraciət edib və ona 545 manat borcunun olduğu bildirilib. Bu səbəbdən arayış verilməyib.
Borc artıq 1 ildən çoxdur sistemdə olsa da, vətəndaşa bu barədə heç bir məlumat verilməyib.
Şikayətçinin sözlərinə görə, heç bir özəl klinikada müalicə almadığı halda dövlət xəstəxanasında adına yazılan bu borcun haradan və necə yarandığını anlaya bilmir.
Şikayətçi Abbasova məsələ ilə bağlı TƏBİB-in qaynar xəttinə müraciət edib. Oradan ona şəxsiyyət vəsiqəsi ilə xəstəxanaya gedərək məsələni araşdırması tövsiyə olunub. Lakin poliklinikada ona konkret cavab verilməyib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə biz də müraciət etdik. Qurumdan "Xəzər Xəbər"-ə bildirildi ki, məsələ araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.