Bakının Suraxanı rayonu, “Qum Adası” adlanan yaşayış massivinin bir qrup sakini Sabir Tağıyev adlı şəxs tərəfindən aldadılıblar. İddiaya görə, adıçəkilən şəxs sözügedən əraziyə kanalizasiya xətti çəkmək adı ilə sakinlərin pullarını mənimsəyib.
Sakinlər “Xəzər Xəbər”ə bildiriblər ki, Sabir Tağıyev adlı şəxs onlardan ümumilikdə 17 min manat pul alaraq, onları aldadıb. Hadisə ilə bağlı şikayətçilər Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə müraciət ediblər və faktla bağlı cinayət işi başlanıb.
Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.