Zaqatalada 11-ci sinif şagirdi 16 yaşlı həmkəndlisini bıçaqlamaqda şübhəli bilinir.
Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən axşam rayonun Əliabad qəsəbəsində baş verib.
Qəsəbə sakini 17 yaşlı yeniyetmə ilə 16 yaşlı həmkəndlisi arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib. Mübahisə zamanı yeniyetmələrdən biri digərinə xəsarət yetirib.
Yaralanan şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə saxlanıb.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 11-ci sinif şagirdidir. Xəsarət alan isə ötən tədris ilinin sonunda oxuduğu məktəbin 9-cu sinifini başa vurduqdan sonra məktəbdən çıxıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.