Goranboyda qidadan zəhərlənən qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Xınalı kəndində qeydə alınıb.
Kənd sakini Xatirə Bayramova evdə hazırlanan pomidor turşusu ilə yemək yedikdən sonra halı pisləşib. Zəhərlənən qadının qayınanası bildirib ki, pomidor turşusunun suyundan yalnız gəlini istifadə edib. İlkin ehtimala görə, həmin turşu köhnə olub.
24 yaşlı qadın dərhal Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.
Qeyd edək ki, zəhərlənən qadın 2 azyaşlı qız anasıdır. Hazırda həkim nəzarətində saxlanır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.