Xəzər Xəbər

Geriyə hərəkət edən avtomobil qəzaya səbəb oldu VİDEO

Veb TV | 20:37 • 3 Aprel 2025
Geriyə hərəkət edən avtomobil qəzaya səbəb oldu

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, sürücü sürətli yolda avtomobillə geriyə hərəkət edib.

Arxadan sürətlə gələn maşının sürücüsü hadisədən yayınmağa çalışsa da, qəza qaçılmaz olub. 

Paytaxt ərazisində baş verən qəza kadrları Nəqliyyatı İntellektual İdaretmə Mərkəzinin kameralarına düşüb.

Nəqliyyatı İntellektual İdaretmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırovun sözlərinə görə, Zığ dairəsi-Hava Limanı yolunda və Ziya Bünyadov prospektində müxtəlif vaxtlarda qeydə alınan yol-nəqliyyat hadisələrini təhlil etdikdə məlum olur ki, sürücülər səhv istiqamətdə getdiklərindən geriyə hərəkət etməyə üstünlük verirlər. Bu da bir çox hallarda qəzalara səbəb olur.

Qeyd edək ki, avtomagistrallarda geriyə dönməyə, geriyə hərəkət etmə faktı aşkar edildikdə sürücü 100 manat və 4 bal ilə cərimə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətaraflı videomaterialı təqdim edir.

Xəbər lenti