Xəzər Xəbər

Bakıda uşaq sığınacağında virus yayılıb VİDEO

Veb TV | 17:27 • 2 Aprel 2025
Bakıda uşaq sığınacağında virus yayılıb

Bakıda yerləşən "Azərbaycan Uşaqları" İctimai Birliyinin sığınacağında uşaqlar arasında rotavirusa yoluxma halı aşkarlanıb.  

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Xəzər Xəbər”ə bildirib ki, virusa yoluxma halı bayram günlərində baş verib. Onun sözlərinə görə, bayram günləri sığınacağa yeni uşaqlar qəbul edilib və ehtimal olunur ki, xəstəlik də elə həmin uşaqlardan keçib. Hazırda üç uşaq xəstəxanada, beş uşaq isə həkimlərin təyinatları əsasında sığınacaqda müalicə alırlar.

Xezerxeber.az mövzu ilə bağlı qısa videomaterialı təqdim edir. 

Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Xəbər lenti