Xəzər Xəbər

Özünə aid olmayan avtomobilə görə cərimələnib - "İki dəfə polisə müraciət etmişəm" VİDEO

Veb TV | 19:34 • 30 Mart 2025
Özünə aid olmayan avtomobilə görə cərimələnib - "İki dəfə polisə müraciət etmişəm"

Bakı sakini Məhəmməd Fərzəliyev avtomobili idarə etmədiyi halda ona cərimə gəlib.

Xezerxeber.az-ın məlumatına görə, sürücü iddia edir ki, onun avtomobili BMW, dövlət qeydiyyat nişanı isə ''99-SS-806'' olduğu halda ona başqa bir nəqliyyat vasitəsinin cəriməsi gəlib.

Sürücü deyir ki, cərimənin yazıldığı vaxt gecə saat 2-də olub. Məhəmməd Fərzəliyev onu da əlavə etdi ki, 3 aydır avtomobili nasaz olduğu üçün hatta onu idarə də etmir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, əsasən dövlət qeydiyyat nişanlarının çirkli olması, yol şəraitindən yaranan hallarda texniki vasitələr tərəfindən qeydəalınmada yanlışlıq baş verə bilər. Lakin sistemdə inteqrasiya prosesi zamanı bu cür istisnalar yoxlanılmaqla dərhal aradan qaldırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti