Xəzər Xəbər

Mağazada satıcıya qarşı quldurluq edilib VİDEO

Veb TV | 19:34 • 29 Mart 2025
Mağazada satıcıya qarşı quldurluq edilib

Mağazadan aldığı geyimin ödənişini etməyib satıcını hədələyən gənc saxlanılıb.

Xezerxeber.az xəbər verir ki, Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı Seymur Həmidovu saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti