Xəzər rayonunun minlərlə sakini olan Dübəndi yaşayış massivində məktəb problemi yaşanır.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, yaşadıqları ərazinin ətrafında 2 məktəb var, lakin biri 8 kilometr, digəri isə 4 kilometr uzaqdadır.
Sakinlər uşaqlarını məktəbə aparıb-gətirən zaman ciddi çətinlik çəkdiklərini deyirlər.
Bakı Şəhər Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, sakinlərin müraciəti ilə əlaqədar qeyd olunan əraziyə baxış keçiriləcək. Ehtiyaclar bir daha müəyyənləşdirildikdən sonra məsələyə aydınlıq gətiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.