Xəzər Xəbər

Şiyəkəran kəndinin yolları bərbad vəziyyətdədir VİDEO

Veb TV | 19:50 • 29 Mart 2025
Şiyəkəran kəndinin yolları bərbad vəziyyətdədir

Astara rayonunun Şiyəkəran kəndinin yolları və küçələri bərbad vəziyyətdədir.

Xezerxeber.az-ın məlumatına görə, küçə və yolların bu vəziyyətdə olmasından daha çox əziyyəti isə şagirdlər və sürücülər çəkirlər.

Kənd sakinləri deyirlər ki, yolu bir neçə dəfə öz vəsaitləri hesabına təmir etdiriblər. Amma indi çaydan çınqıl daşınıb küçəyə tökülməsinə icazə verilmir.

Kənd icra nümayəndəsi Elşad Məcidov isə yaranmış problemdə sakinləri ittiham edir. Bildirir ki, sakinlər öz hasarlarını suötürücülərin üstündə tikdikləri üçün suyun axarının qarşısını alıb.

O da qeyd olunub ki, vəsait ayrılan kimi asfaltlanma işlərinə başlanılacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti