Xəzər Xəbər

Bu ərazidə yol nişanları olmadığı üçün tez-tez qəzalar baş verir VİDEO

Veb TV | 20:21 • 29 Mart 2025
Bu ərazidə yol nişanları olmadığı üçün tez-tez qəzalar baş verir

Şamaxı rayonunun 7-i kəndini biləşdirən Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda sürət həddini göstərən yol nişanlarının olmaması səbəbindən bu ərazidə tez-tez yol qəzaları baş verir. Əksər qəzalar da ölümlə nəticələnir.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirir ki, problemlə bağlı aidiyyəti üzrə müraciət etsələr də, faydası olmayıb. 

Məsələ ilə bağlı AYNA-dan “Xəzər Xəbər”ə bildirilib ki, qurumun əməkdaşları tərəfindən əraziyə baxış keçiriləcək və təhlilər aparılacaq. Təhlillərə uyğun olaraq nişanlar quraşdırılacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Xəbər lenti